...

İqor Kizima: "Azərbaycanda saxlanılmış Ukrayna vətəndaşları geri göndəriliblər"

Siyasət Materials 6 Noyabr 2005 13:37 (UTC +04:00)

Noyabrın 5-də Bakı hava limanında saxlanılmış Ukrayna vətəndaşları noyabrın 6-da səhər geri göndəriliblər. Bu barədə Trend ə eksklüziv olaraq Ukraynanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili İqor Kizima bildirib.

"Bu prosesdə Ukraynanın Azərbaycandakı konsulu və Ukrayna hava yollarının nümayəndələri də iştirak ediblər", - deyə diplomat qeyd edib.

İ.Kizimanın sözlərinə görə, Azərbaycan tərəfi bu dəfə beynəlxalq konvensiyalar çərçivəsində hərəkət edib. Ukrayna vətəndaşlarının Bakı hava limanında saxlanılmasından sonra onlara həmin ölkənin Azərbaycandakı konsulu ilə görüşmək imkanı verilib, axşam yeməyi və Ukraynaya növbəti reysə qədər istirahət otağı ilə təmin olunublar. Daha sonra saxlanılan vətəndaşlar geriyə qaytarılıblar.

Diplomatın sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən bu vətəndaşların ölkəyə daxil olmalarına icazə verilməməsinin səbəbi onların arzuedilməz şəxslər olmaları ilə bağlıdır.

Xatırladaq ki, parlament seçkiləri ərəfəsində Kiyev Beynəlxalq Demokratiya İnstitutunun direktoru Sergey Taran və "Pora" hərəkatının bir neçə üzvü Azərbaycanın müxalifət partiyalarının dəvəti ilə Bakıya gəlsələr də ölkəyə buraxılmayıblar.

Xəbər lenti

Xəbər lenti