...

Musa Hümbətov: "Məhbuslar seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər"

Siyasət Materials 6 Noyabr 2005 13:45 (UTC +04:00)

Cəzaçəkmə müəssisələrində cəza çəkən məhbuslar seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Bu barədə Trend ə Məhkəmə Qərarları Baş İdarəsinin (MQİBİ) qərargah rəisi Musa Hümbətov məlumat verib.

"Məhbuslar səhər saat 8:00-dan başlayaraq cəzaçəkmə müəssisələrindəki seçki məntəqələrinə gələrək istədikləri namizədə səs verirlər. Ədliyyə Nazirliyinin, Məhkəmə Qərarları Baş İdarəsinin əməkdaşları, müşahidəçilər, jurnalistlər cəzaçəkmə məntəqələrinə baş çəkir və səsvermənin gedişatı ilə maraqlanırlar. Səsvermə başlayandan heç bir neqativ hal qeydə alınmayıb, güman edirəm ki, bu, günün sonuna qədər də belə davam edəcək", - deyə qərargah rəisi bildirib.

M.Hümbəov onu da bildirib ki, cəzaçəkmə müəssisələrində səsvermə prosesi saat 20.00-a qədər davam edəcək və həmin radələrdə səsverməyə yekun vurulacaq.

Uşaq Tərbiyə Müəssisəsində qanunvericilikdə nəzərdə tutulduğu kimi, seçki keçirilmir .

Xəbər lenti

Xəbər lenti