...

Seçkinin gedişi ilə bağlı saat 12.00-a olan məlumatlara dair mətbuat konfransı keçirilib

Siyasət Materials 6 Noyabr 2005 13:53 (UTC +04:00)

6 noyabr parlament seçkisinin gedişi ilə əlaqədar MSK-nın "Seçkilər" İnformasiya mərkəzində (İM) saat 12.00-a qədər olan məlumatlar açıqlanıb. Trend xəbər verir ki, İM-nin rəhbəri İqbal Babayev bildirib ki, bu saata qədər ölkə üzrə seçicilərin səsvermə fəallığı 60,98% təşkil edib.

12.00-a qədər 848 min 271 nəfər seçkidə iştirak edib. İ.Babayev bildirib ki, saat 20.00-dan başlayaraq noyabrın 6-da hər dairə üzrə seçkilərin ilkin nəticələri elan olunacaq. O qeyd edib ki, məcburi köçkünlərin olduğu seçki dairələrində məlumatlar bir qədər gec daxil olur, çünki məxburi köçkünlər ölkənin müxtəlif bölgələrinə səpələniblər. Ona görə də işğal altında olan rayonlar üzrə seçkilərin nəticələri ertəsi gün elan olunacaq. İ.Babayev bildirib ki, bütün seçki dairələri üzrə MSK-nın nəzarət qrupları formalaşıb. Bu nəzarət qrupları dairələrə daxil olan məlumatların düzgünlüyünü təsdiq edir.

İ.Babayev, həmçinin, qanun pozuntuları hallarına da münasibət bildirib və bildirib ki, infomasiya mərkəzinə hər hansı ciddi pozuntular barədə informasiya daxil olmayıb. Onların xəbər tutduğu faktlar isə cüzi pozuntulardır.

Qeyd edək ki, artıq saat 13.00-da rəqəmlərdə dəyişikliklər baş verib. 13.30-a olan məlumata görə, ölkə üzrə seçicilərin 18,56%-i səs verib. Bu isə 865 min 276 nəfər seçicidir.

Xəbər lenti

Xəbər lenti