...

ATƏT-in iki müşahidəçisi 2 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesini müşahidə edib

Siyasət Materials 6 Noyabr 2005 14:26 (UTC +04:00)

Noyabrın 6-da ATƏT-in iki nəfər müşahidəçisi seçkilərlə əlaqədar 2 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesinin gedişini müşahidə edib. Bu barədə Trend ə 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi İsa Kazımov məlumat verib.

"Səhər saat 08:00-dan başlayaraq dustaqlar səsvermədə iştirak edirlər. Müəssisədə 800 məhkum cəza çəkir və bu saata qədər onların artıq 25%-i müəssisə ərazisində yaradılmış məntəqəyə gələrək səs verib. Nəzərə alsaq ki, məntəqə axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək, deyə bilərəm ki, qeyd etdiyim faiz normal göstəricidir", - deyə müəssisə rəisi qeyd edib.

İ.Kazımov onu da bildirib ki, məhkumlara hər hansı təzyiq-təsirdən söhbət gedə bilməz. Çünki səsverməni Mərkəzi Seçki Komissiyasının üzvləri və bundan əlavə müxtəlif təşkilatların 12 nəfər üzvü müşahidə edir.

Xəbər lenti

Xəbər lenti