...

Ramiz Mehdiyev: Barmaqların mürəkkəbə batırılması üsulundan istifadə barədə qərar bir daha Azərbaycan rəhbərliyinin seçkilərin demokratik keçirilməsinə tərəfdar olduğunu sübut etdi

Siyasət Materials 6 Noyabr 2005 16:41 (UTC +04:00)

2005-ci il 6 noyabr parlament seçkiləri Azərbaycan tarixində da daha çox mütəşəkkil seçkilərdir. Trend in ATI telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Preziden Aparatının rəhbəri Ramiz Mehdiyev seçki məntəqəsindən çıxarkən bəyan edib.

"Mən inanıram ki, hazırki seçkilər Azərbaycanın inkişafına bilavasitə təsir edəcək ən mühüm hadisələrdən biridir",- deyən R. Mehdiyev bildirib ki, səsvermə sakit şəraitdə keçir. Onun şəxsən səs verdiyi seçki məntəqəsində hər hansı bir insident müşahidə olunmayıb.

Ssəvermə zamanı barmaqların mürəkkəbə batırılmasından istifadə olunması üsulundan istifadə barədə qərarı şərh edərkən Prezident Aparatının rəhbəri bu təcrübədin dünyanın bir çox ölkələrində istifadə olunduğunu bildirib. "Azərbaycan sivil dövlətdir. Barmaqların mürəkkəbə batırılmasından istifadə edilməsi barədə qərar Azərbaycan rəhbərliyinin demokratik_ açıq və azad seçkilər keçirmək istyində olduğunu bir daha nümayiş etdirdi", -deyə Ramiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin ünvanına yönələn bir sıra tənqidlər əsaslandırılmış olsada, onların əsas hissəsi reallığa əsaslanmırdı. "İradların əsas hissəsi səhv və yanlış idi və bu məsələ ilə bağlı polemikaya son qoymaqdan ötrü prezident İlham Əliyev seçki günü barmaqların mürəkkəbə batırılması üsulundan istifadə etmək barədə qərar qəbul etdi", - deyə prezidentin İcra Aparatının rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti