...

Polşa səfirliyi Azərbaycanda parlament seçkilərində seçici fəallığının aşağı olduğunu qeyd edir

Siyasət Materials 6 Noyabr 2005 16:56 (UTC +04:00)

"Bakıda və paytaxt ətrafında seçki prosesi normal gedir və biz seçicilərin barmaqlarının mürəkkəbə tarılması üsulunun tətbiqindən və Exit-Poll-ın keçirilməsindən razıyıq. Lakin ayrı-ayrı seçki məntəqələrində seçicilərin fəallıq səviyyəsinin aşağı olduğu müşahidə olunur", deyə Polşanın Azərbaycandakı səfirinin birinci müavini Voytsix Quretski Trend ə ekskluziv bildirib.

Onun sözlərinə görə, Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski, polşalı diplomatlar və müşahidəçilərin ayrıca missiyası artıq paytaxtın Nərimanov, Əzizbəyov və Nəsimi rayonlarındakı seçki məntəqələrində olaraq səsvermənin gedişini izləyibləri. Günün birinci yarısında bu seçki məntəqələrində seçici fəallığının səviyyəsinin aşağı olduğu müşahidə olunub. Diplomat axşam saatlarında seçicilərin fəallığının artacağına və vəziyyətin dəyişəcəyinə ümid etdiyini ifadə edib.

Qeyd edək ki, Polşa müşahidəçilərinin missiyası parlament seçkilərində həm ATƏT-in tərkibində, həm də bu ölkənin Məpkəzi Seçki Komissiyasının ayrıca qrupu kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti