...

Sərhədçilər qanuni tələbə tabe olmayan sərhəd pozucusunu yaralayıblar

Siyasət Materials 6 Noyabr 2005 18:18 (UTC +04:00)

Noyabrın 6-da Qusar sərhəd məntəqəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmayan sərhəd pozucusuna atəş açılıb və nəticədə o, yaralanıb. Xaçmaz rayon prokurorunun köməkçisi Əlibaba Şahverənovun Trend ə verdiyi məlumata görə, yaralı hazırda Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Yalnız onu aydınlaşdıra bilmişik ki, həmin şəxs Çeçenistan Respublikasının vətəndaşıdır. Ancaq səhhəti ilə əlaqədar hələlik danışa bilmədiyi üçün onun adını,soyadını və ölkəmizə gizli yolla gəlməsinin səbəbini araşdıra bilməmişik", - deyə prokuror köməkçisi bildirib.

Sərhədçilər sərhədi gizli yolla keçmiş həmin şəxsin üzərində yoxlama apararkən 1 ədəd süngü və dini kitablar aşkar edərək götürüblər. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti