...

Saat 17.00-dək ölkə üzrə seçicilərin 39,63 faizi səsvermədə iştirak edib

Siyasət Materials 6 Noyabr 2005 18:26 (UTC +04:00)

Noyabrın 6-da keçirilən parlament seçkisi günü səsvermənin gedişi ilə bağlı saat 17.00-a olan məlumatlar barədə "Seçkilər" İnformasiya Mərkəzində mətbuat konfransı keçirilib. Trend xəbər verir ki, İnformasiya Mərkəzinin rəhbəri İqbal Bababey ölkə üzrə bütün 125 seçki dairəsindən məlumatların daxil olduğunu deyib. Onun sözlərinə görə, saat 17.00-də ölkə üzrə 1 milyon 848 min 200 nəfər səsvermədə iştirak edib. Bu rəqəm ölkə üzrə seçicilərin 39, 63 faizini təşkil edir. Bu məlumat ölkə üzrə 5137 seçki məntəqəsindən daxil olub.

Ən çox seçicici fəallığı müşahidə olunan seçki dairələri 70 saylı Masallı şəhər dairəsi (62,34 faiz), 51 saylı Qusar seçki dairəsi (59,58 faiz), 1 saylı Şərur-Sərədək (56 faiz) seçki dairəsidir. Bakı şəhəri üzrə isə Əzizbəyov
ikinci (52,89 faizi) seçki dairəsidir.

Növbəti hesabat konfransı saat 20.00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti