...

Etibar Məmmədov: Seçkilərdə ciddi qanun pozuntusu aşkarlanmayıb

Siyasət Materials 6 Noyabr 2005 19:34 (UTC +04:00)

"Seçkilərdə ciddi qanun pozuntusu aşkarlanmayıb". Bu barədə Trend agentliyinə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

E.Məmmədov qeyd edib ki, ancaq bir sıra neqativ hallar barədə məlumata malikdir: "Məsələn, Yasamal 16 saylı Dairə Seçki Komissiyasnın 28 saylı məntəqəsinə 140 hərbçi gətirilib. Ancaq gətirilənlərin bura heç bir aidiyyatı yoxdur. Digər qanun pozuntularından biri də seçki siyahılarına adları salınan seçicilərin bəzilərinin həmin ərazidə qeydiyyatda olmamalarıdır".

AMİP lideri onu da bildirib ki, belə qanun pozuntularına baxmayaraq noyabrın 6-ı saat 19.00-dək elə də ciddi qanun pozuntusu barədə məlumata malik deyil: "Belə qanun pozuntuları seçkinin nəticələrində özünü göstərə bilər".

Xəbər lenti

Xəbər lenti