...

"Mitofsky İnternational"ın "exit-poll"unun və Estoniyadan olan müşahidəçilərin hesabatları noyabrın 7-də açıqlanacaq

Siyasət Materials 6 Noyabr 2005 20:18 (UTC +04:00)

6 noyabr parlament seçkilərində "exit-poll" keçirən "Mitofsky İnternational" şirkətlərin nümayəndələri və Estoniyadan olan müşahidəçilər öz hesabatlarını noyabrın 7-də açıqlayacaqlar. Bu barədə Trend ə "Mitofsky İnternational" şirkətinin yerli portnyor təşkilatından məlumat verilib.

Noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Estoniyadan olan müşahidəçilər mətbuat konfransı keçirəcək, seçkidə apardıqları müşahidələrin yekunları, öz fikir və təəssüratları barədə məlumat verəcəklər. Sonra isə "Mitofsky İnternational" şirkətinin nümayəndələri mətbuat konfransı təşkil edərək seçki günü keçirdikləri "exit-poll"ların nəticələri barədə açıqlama verəcəklər.

Bu təşkilatlar öz hesabatlarını noyabrın 6-da səsvermə başa çatdıqdan sonra operativ şəkildə hazırlayıb ictimaiyyətə təqdim etməmələrinin səbəbini topladıqları məlumatlar və faktlar üzərində işi aparılması, görüləcək işlərin çoxluğu ilə əlaqələndiriblər.

Xəbər lenti

Xəbər lenti