...

"Azadlıq" bloku noyabrın 8-də mitinq keçirməyi qərara alıb

Siyasət Materials 6 Noyabr 2005 21:07 (UTC +04:00)

"Azadlıq" bloku 6 noyabrda keçirilən parlament seçkilərinin nəticələrinin ləğv olunması ilə bağlı noyabrın 8-dən mübarizəyə başlayacaq. Trend xəbər verir ki, bu barədə qərar "Azadlıq" bloku liderlərinin səsvermə başa çatan kimi keçirdikləri iclasda qəbul edilib. İclasdan sonra mətbuat konfransı keçirən blok rəhbərləri bu barədə KİV nümayəndələrinə açıqlama veriblər.

"Azadlıq" blokunun Mərkəzi Seçi Qərargahının rəhbəri Panah Hüseyn bildirib ki, "Azadlıq" blokunun seçki ilə bağlı öz müşahidələri əsasında topladığı yekun məlumatlar noyabrın 7-də saat 12.00-da açıqlanacaq.

"Azadlıq" bloku həmsədrləri Sərdar Cəlaloğlu, Əli Kərimli və İsa Qəmbər çıxışlarında bildiriblər ki, bu saxtakarlıqlarla bağlı öz mübarizələrini davam etdirəcəklər və bu məqsədlə noyabrın 8-də mitinq keçirməyi qərara alıblar.

Xəbər lenti

Xəbər lenti