...

Əli Əhmədov: Milli Məclisə keçirilən seçkilər baş tutub

Siyasət Materials 6 Noyabr 2005 23:48 (UTC +04:00)

2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilər baş tutub. Trend xəbər verir ki, bu barədə noyabrın 6-da Yeni Azərbaycan Partyasının (YAP) icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında bəyan edib.

"Dövlət başçısı İlham Əliyevin "Seçki praktikasının təkmilləşdjirilməsinə dair" verdiyi məlum 11 may və 25 oktyabr sərəncamlarından irəli gələn müddəalar seçkilərin demokratik keçirilməsinə əsas verir", - deyə YAP səlahiyyətlisi ifadə edib.

Bir sıra xırda qanun pozuntularının da olduğunu qeyd edən Ə. Əhmədov, bunların seçkilərin şəffaf keçirilməsinə təsiri olmadığını bildirib. YAP rəsmisi, müxalifətin seçkiləri qeyri-demokratik keçirilməsi barədə verdiyi bəyanatı əsassıs adlandırıb. "Müxalifətin seçkilərin nəticələrini gözləmədin belə bəyanatla çıxış etməsi məntiqsizdir".

Ə. Əhmədov onu da bildirib ki YAP-ın qələbə calacağı artıq məlum olub. "Lakin bütün bunlara baxmayaraq, MSK-nın nəticələrini gözləməliyik", - deyə YAP-ın icra katibi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti