...

Yaşar Əliyev: "Seçki günü ciddi asayiş pozuntusu qeydə alınmayıb"

Siyasət Materials 7 Noyabr 2005 11:15 (UTC +04:00)

"Seçki günü ciddi asayiş pozuntusu qeydə alınmayıb". Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

Seçkiylə əlaqədar asayişin qorunması üçün xüsusi təlimatlandırılmış polis əməkdaşları bunun öhdəsindən tam gələ biliblər. Seçki məntəqələri yaxınlığında qurulmuş postlardakı polis əməkdaşları nəzarəti tam şəkildə həyata keçiriblər və heç bir təxribata yol verilməyib.

Rəis müavini onu da bildirib ki, sabitliyin qorunmasında əhali də az rol oynamayıb və bununla da gərgin keçən gün ərzində polisə bir növ yarımçı olub.

Xəbər lenti

Xəbər lenti