...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 7 Noyabr 2005 11:49 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (31 oktyabr- 4 noyabr) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin bir bareli $52,97 təşkil edib ki, bu da oktyabrın 24-28-də olan orta qiymətdən $0,06 və ya 0,01% çoxdur.

Trend in məlumatına görə, oktyabrın 31-dən noyabrın 4-nə kimi URAL neftinin bir bareli $53,92 (4 noyabr) təşkil edib ki, bu da neftin bu növünün oktyabrın 26-da müəyyən olunan 24-28 oktyabrdakı ən son qiymətdən $0,13 azdır. Ötən həftə (31 oktyabr-4 noyabr) URAL neftinin bir barelinin qiyməti $52,12 (2 noyabr) təşkil edib ki, bu da oktyabrın 24-də müəyyən edilən minimal qiymətdən $0,13 çoxdur.

Ötən həftə (31 oktyabr-4 noyabr) Brent (DTD) etalon növlü neftin orta qiyməti bir barel üçün $59,14 təşkil edib ki, bu da 24-28 oktyabrdakı orta qiymətdən $0,52 və ya 0,08% çoxdur.

Ötən həftə Brent neftinin bir barel üçün maksimal qiyməti $60,46 təşkil edib ki (4 noyabr), bu da oktyabrın 26-da bu növ üçün müəyyən olunan son qiymətdən $0,35 çoxdur. Ötən həftə (31 oktyabr-4 noyabr) Brent neftinin bir barel üçün minimal qiyməti $58,38 (31 oktyabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə oktyabrın 24-də müəyyən edilmiş minimal qiymətdən $0,64 çoxdur.

Ötən həftə Brent-ə nisbətən URAL (EX-NOIO) neftinin bir bareli $6,17 ucuz satılıb ki, bu da bundan əvvəlki həftənin (24-28 oktyabr) orta göstəricidən $0,45 çoxdur.

URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, tərkibindəki kükürd - 1,3%, DTD -nin sıxlığı API üzrə 38,3 dərəcə, tərkibindəki kükürd isə 0,36% təşkil edir.

Noyabr ayında Azərbaycan Novorossiysk limanından 400 min ton Ural nefti yükləyəcək. Bu həcmin 315 min tonu ABƏŞ-in payına düşür. AR DNŞ noyabrın 2-də Novorossiyskdən 85 min ton URAL neftinin satışı üzrə tender elan edib. Tender noybarın 9-da bağlanacaq. N2 körpüsündən neft partiyasını noyabrın son ongünlüyündə yükləmək nəzərdə tutulub. Oktyabrda ARDNŞ tenderlərdə Novorossiyskdən 227 min ton Ural nefti (2 partiya: Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton)) satıb.

Xəbər lenti

Xəbər lenti