...

Seçkilərdə latviyalı müuşahidəçilər tərəfindən ciddi pozuntular qeydə alınmayıb

Siyasət Materials 7 Noyabr 2005 12:30 (UTC +04:00)

Parlament seçkilərində Latviyalı müşahidəçilər tərəfindən səsvermənin nəticələrindən narazılığa səbəb olacaq ciddi pozuntular aşkar olunmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə Latviyanın Mərkəzi Seçki Komissiyasının sədri Arnis Simdars bəyan edib.

Bakıdakı bir sıra seçki məntəqələrində olan sədr bildirib ki, səsvermə çox sakit şəraitdə keçib.

Latviyalı müşahidəçi Oskar Kastens (Oskars Kastens) də bunu təsdiqləyib. Onun sözlərinə görə, qeydə alınmış pozuntular əsasən təşkilati xarakter daşıyır, lakin seçkiləri daha da yaxşı hazırlamaq olardı. Seçicilərin pulla alınması və onlara təsir edilməsi ilə bağlı məlumatlara gəldikdə, O.Kastens bildirib ki, o, həbsxanalardakı seçki məntəqələrinə də baş çəkib və belə bir halla qarşılaşmayıb.

Xəbər lenti

Xəbər lenti