...

İnzibati həbs olunmuşlar üçün nəzərdə tutulmuş yeni binadakı təmir-tikinti işləri yarımçıq qalıb

Siyasət Materials 7 Noyabr 2005 13:14 (UTC +04:00)

6 aydan artıqdır ki, inzibati həbs olunmuşlar üçün nəzərdə tutulmuş yeni binanın təmir-tikinti işləri dayandırılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəis müavini Rahib Məmmədov məlumat verib.

İnzibati həbs olunmuşların saxlanması üçün beynəlxalq standartlara uyğun ikimərtəbəli bina Binəqədi rayonu ərazisində tikilib. Lakin binanın tikintisi üçün əvvəlcədən nəzərdə tutulmuş maddi vəsait tikinti-təmir işlərinin başa çatdırılması üçün azlıq edib. Binanın tavan və suvaq işləri görülüb, ətrafına hasar çəkilib. Lakin onun həyətində yaşıllaşdırma işləri, kommunal şəraitin qurulması, kosmetik təmir və s. problemlər hələ də öz həllini tapmayıb.

"Bununla bağlı rəhbərliyə müraciət etmişik. Yaxın vaxtlarda problemin həll olunacağı gözlənilir", -deyə rəis müavini söyləyib.

Rahib Məmmədov onu da bildirib ki, inzibati saxlanılanlar üçün sözügedən yeni bina müvəqqəti saxlanılanların təcridxanası ilə eyni həyətdə yerləşir.

Xəbər lenti

Xəbər lenti