"SAARPOL" şirkəti noyabrın 6-da keçirilən seçkilərdə apardığı exit-poll-dan razı qalıb. Trend xəbər verir ki, bu barədə adıçəkilən şirkətin rəhbəri Andryus Sar noyabrın 7-də keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, şirkət 124 saylı seçki dairəsində exit-poll keçirib. Noyabrın 4-də şirkətin 12 nümayəndəsi Göyçay, İsmayıllı, Lənkəran və Əlibayramlıya ezam ediliblər. Şirkət exit-polla bağlı ilkin nəticələrini noyabrın 7-i gecə saat 3-4 radələrində öz internet saytında yerləşdirib.
Qeyd edək ki, bu şirkətin Azərbaycanda exit-poll keçirməsi üçün maliyyə yardımı Santa Communication beynəlxalq maliyyə qrupu tərəfindən göstərilir.
A.Far qeyd edib ki, lazım gələrsə Azərbaycanda gələcək seçkilərdə də exit-poll keçirməyə hazırdırlar.
Adıçəkilən şirkətə Azərbaycanda exit-poll keçirməkdə yardım edən regional inkişaf mərkəzinin direktoru Çingiz İsmayılov isə bildirib ki, bəzi dairələrdə müşahidəçilərin müdaxilələrinə baxmayaraq, exit-pollu uğurlu adlandırmaq olar.