...

İranlı müşahidəçilər Azərbaycanda seçkilərin demokraitk və şəffaf keçirildiyini qeyd edirlər

Siyasət Materials 7 Noyabr 2005 14:15 (UTC +04:00)

İranlı müşahidəçilər Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirildiyini qeyd edirlər. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 7-də iranlı müşahidəçilərin müşahidələrinin yekunlarına həsr olunmuş mətbuat konfransında Əfşar Süleymani bildirib.

Səfirin sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi və səfirliyinin nümayəndələrindən ibarət 21 müşahidəçi ölkənin 180 seçki məntəqəsində müşahidə aparıb. "Seçkilər Azərbaycan üçün böyük əhəmiyyət daşıyıb. Bütün seçki məntəqələrində açıq və şəffaf seçkilər keçirilib, seçicilərin yüksək fəallığı müşahidə olunub. Seçkilərin demokratik keçirildiyini beynəlxalq və yerli müşahidəçilər də təsdiqləyiblər", - deyə Ə.Süleymani qeyd edib.

Azərbaycanın seçki sistemi daim təkmilləşir və 6 noyabr parlament seçkiləri bunu bir daha təsdiq edib", - deyə iranlı müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri, bu ölkənin XİN-nin xüsusi nümayəndəsi Əhəd Qəzai bildirib. Onun sözlərinə görə, o, Azərbaycanda keçirilən seçkilərdə bir neçə dəfə müşahidəçilik etməsinə baxmayaraq ilk dəfədir ki, demokratik seçkilərin şahidi olur.

İran səfiri yeni seçilmiş parlamentin Azərbaycan xalqının maraqlarına, ərazi bütövlüyünün bərpasına, suverenitetin möhkəmlənməsinə, həmçinin, qonşu ölkələrlə, o cümlədən İranla ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti