...

Florestin Skaletski: "Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub"

Siyasət Materials 7 Noyabr 2005 14:41 (UTC +04:00)

"Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub". Trend in xəbər verdiyi kimi, bu barədə Rumıniyanın İnsan Hüquqlarını Müdafiə təşkilatının sədri (BMT yanında müşahidəçi statusu) Florestin Skaletski bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hazırki parlament seçkiləri əvvəlkilərdən gərginliyin olmaması ilə fərqlənir. O, həmçinin, qeyd edib ki, bir sıra seçki məntəqələrinə baş çəkərkən hər hansı qanun pozuntusuna rast gəlməyib. "Hər şey öz qaydasındadır. Heç bir problem yoxdur", - deyə F.Skaletski əlavə edib.

Rumıniyalı müşahidəçi vurğulayıb ki, dünya mətbuatında Azərbaycan haqqında xoşagəlməz məlumatlar yayılır ki, nəticədə də respublikada mövcud şəraitlə bağlı yanlış təəssürat formalaşır. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda hər hansı bir dəyişikliyə əsas görmürəm", - deyə F.Skaletski qeyd edib.

O, prezident İlham Əliyevin seçki praktikasının təkmilləşdirilməsi və seçkilərin hazırlanması və keçirilməsi zamanı təxirəsalınmaz tədbirlərin görülməsinə dair sərəncamlarını, həmçinin, 30%-dən çoxunun xarici fondlar tərəfindən maliyyələşdiyi QHT-dən müşahidəçilərin seçkilərə buraxılmalarını müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti