...

Mixayıl Margelov: Azərbaycanda keçirilən seçkilərdə İlham Əliyevin partiyasının qələbəsi regionun xeyrinədir

Siyasət Materials 7 Noyabr 2005 15:52 (UTC +04:00)

Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Mixayıl Margelov hesab edir ki, Azərbaycanda keçirilən parlament seçkilərində İlham Əliyevin partiyasının demokratik qələbəsi şübhəsiz regionun xeyrinədir. "Ölkə əhalisi Cənuba tərəfə dönmədən dünyəvi inkişaf yolunu seçir. Bu gün Azərbaycanın radikal islam ideyalarının yayılmasından müdafiə olunan əsas həlqə olduğu nəzərə alınmaqla bu qələbə strateji baxımdan əhəmiyyətlidir" -deyə senator jurnalistlərə bəyan edib.

"Seçkilərin nəticələri öncədən məlum idi, bunlar sorğulardan o qədər də fərqlənmir və hazırkı rejimin əhaliyə qarşı dəstəyi barədə danışılır" -deyə M.Margelov bildirib. "Adətən yüksək aktivlik siyasi baxımdan güclü ölkələrdə və totalitar dövlətlərdə olur. Demokratik dövlətlərdə əhaliyə müəyyən siyasi laqeydlik xasdır" -deyə komitə sədri öz qənaətini bildirib.

O, ümid etdiyini bildirib ki, müxalifət ötən seçkilərin nəticələrini tanıyacaq və öz tərəfdarlarını ictişaşa təhrik etməyəcək.

Xəbər lenti

Xəbər lenti