...

Azərbaycan xalqının qərarına hörmətlə yanaşmaq lazımdır

Siyasət Materials 7 Noyabr 2005 16:33 (UTC +04:00)

"Azərbaycanda seçkilərin demokratik keçirildiyini sübut edən amillərdən biri də parlamentə seçilmiş deputatların 33%-nin seçkilərə müstəqil namizəd kimi qatılmalarıdır". Trend in xəbər verdiyi kimi, belə bəyanatla noyabrın 7-də mətbuat konfransında Türkiyənin müşahidə missiyasının rəhbəri, "Mərmərə" fondunun sədri Akkan Suver çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarında 82 müşahidəçi tərəfindən səsvermə prosesinin monitorinqi və bülletenlərin hesablanmasına nəzarət seçkilərin ölkənin Seçki Məcəlləsinin normalarına cavab verdiyini deməyə əsas verir. "Biz nəinki Bakıda, həm də Zaqatala, Sumqayıt, Qaradağ, İsmayıllı, Göyçay, Lənkəran rayonlarında da monitorinq aparmışıq və heç bir pozuntu qeydə almamışıq. Buna görə də əminliklə deyə bilərəm ki, seçkilər beynəlxalq normaların bütün tələblərinə cavab verib", - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.

"Əlbəttə, hər bir seçkidə qalib və məğlub tərəflər var. Lakin onlar seçicilərin qərarına hörmət etməlidirlər. Əks təqdirdə bu, Azərbaycan xalqının qərarına hörmətsizlik kimi qiymətləndiriləcək", - deyə A.Suver sonda bildirib.

Xəbər lenti

Xəbər lenti