...

ATƏT-in Rusiyadan olan müşahidəçisi hesab edir ki, missiyanın işi pozuntuların axtarışına yönəldilib

Siyasət Materials 7 Noyabr 2005 19:35 (UTC +04:00)

ATƏT missiyasının müşahidəçisi, Rusiya ictimai seçki hüquqları institutunun sədri İqor Borisov hesab edir ki, missiyanın işi pozuntuların axtarışına yönəldilib. Trend Beynəlxalq monitorinq bürosunun saytına istinadən bildirir ki, onun sözələrinə görə, " ATƏT DİİHB-nin mənzil qərargahının Azərbaycanda işi pozuntuların axtarışında gəmlənib". "Azərbaycanda ötən seçkilərdə səsvermənin gedişində xüsusi pozuntular aşkar edilməyib. Amma ötən seçkilər bizə yeni, faktiki olaraq isə çoxdan unudulmuş köhnə iş üsulunu göstərdi". Müşahidəçinin sözlərinə görə, səsvermə günü ATƏT DİİHB-nin səyyar qrupları pozuntulara dair çox vaxt yalnış olan anonim zəngləri yoxlamaq üçün yola düşürdü. İ.Borisov deyib ki, faktiki olaraq ATƏT-in səyyar qrupları bütün respublika üzrə pozuntu axtarışına yönəlmişdi.

Müşahidəçinin fikrincə, Azərbaycandakı seçkilərdə səsvermənin şəffaflığı üçün ATƏT DİİHB-nin və Venesiya Komissiyasının təzyiqi ilə əlavə qəbul edilmiş tədbirlər qarışıqlığa gətirib çıxardı. " Azərbaycanda Rusiyada olduğundan daha mürəkkəb nəzarət nəzərdə tutulmuşdu. Şəxsiyyət vəsiqəsi ilə yanaşı hər bir seçici seçki məntəqəsinə seçici vəsiqəsi ilə gəlirdi. Bu, artıq səsvermənin düzgünlüyünə riayət üçün ikiqat nəzarətdir. Amma ATƏT DİİHB-nin təzyiqi ilə Azərbaycan hökuməti barmaqların gözə görünməyən mürəkkəblə boyanmasını tətbiq etdi, amma gözlənilən effekt alınmadı.Praktikada hər üç müdafiə dərəcəsinin yoxlanılması daha mürəkkəb oldu" -deyə İ.Borisov bəyan edib.

Xəbər lenti

Xəbər lenti