...

Azərbaycanın ombudsmanı parlament seçkilərinin demokratikliyini və şəffaflığını tanıyır

Siyasət Materials 7 Noyabr 2005 20:31 (UTC +04:00)

Azərbaycanda keçirilən parlament seçkilərini demokratik və şəffaf seçkilər hesab edirəm.Azərbaycanın insan haqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova bu barədə eksklüziv olaraq Trend ə bəyan edib.

Onun sözlərinə görə, bunu beynəlxalq müşahidəçilər də təsdiq edir. "Həqiqətən, seçkilər şəffaf idi və mənim fikrimcə, buna şübhə ola bilməz"-deyə o .bəyan edib. Ombudsman seçkilər prosesində müəyyən çatışmamazlıqlar olduğunu qeyd edib. O, bəyan edib ki, amma seçkilərin nəticələrinə təsir edə biləcək ciddi çatışmamazlıqlar demək olar ki yox idi.Onun sözlərinə görə,seçkilə günü ombudsmanla görüşdə seçkilərin gedişini izləyən müxalifətçi müşahidəçilər də bunu təsdiq edib.

E.Süleymanova hesab edir ki, bu seçkilər, şübhəsiz ki, cəmiyyətin demokratikləşdirilməsinə, ölkənin idarə edilməsinin və qanunvericilik bazasının təkmilləşdirilməsinə bir addımdır.Ona görə ki, ölkənin qanunları həmin ölkə cəmiyyətinin demokratikləşdirilməsinə yönəldilməlidir. Parlamentə müxalifət partiyalarından və müstəqil namizədlərin seçilməsi daha səmərəli qanunların qəbul edilməsi üçün ölkənin ali qanunverici orqanlarının səmərəliliyini artıracaq.

Ombudsman bildirib ki, seçkilərin gedişini ombudsman aparatının 20 müşahidəçisi də izləyib. Onlar həm paytaxtda, həm də ölkənin regionlarında işləyib.E.Süleymanovanın sözlərinə görə, seçkilər günü ombudsmana seçici və namizədlərin hüquqlarının pozulması ilə bağlı otuza yaxın şikayət daxil olub və bunlar MSK-ya göndərilib və müvafiq qərarlar qəbul edilib.Şikayətlərin əksəriyyəti seçicilərin adlarının seçici siyahısında olmaması, seçicilərin siyahısının tərtibində problemlərlə bağlı olub. Ombudsmanın fikrincə, yaşayış-istismar idarələrinin siyahılarının tərtibi sisteminə bir daha baxılmalıdır.

Xəbər lenti

Xəbər lenti