...

Hərbçilərimiz bir sıra tədbirlərdə iştirak edir

Siyasət Materials 7 Noyabr 2005 21:16 (UTC +04:00)

Noyabrın 7-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində Macarıstanın paytaxtı Budapeştdə "Pilotlar, dispetçerlər və operatorlar üçün hava əməliyyatları üzrə yüksək səviyyəli ingilis dili" kursu, Rümıniyanın Braşov şəhərində isə "Müəllimlər üçün taktiki ingilis dili" təlim-seminarı keçirilir. Hər iki tədbirə noyabrın 18-də yekun vurulacaq.

Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində "Fərdi Tərəfdaşlığın Əməliyyat Planının həyata keçirilməsi üzrə təcrübə mübadiləsi" ilə bağlı tədbir keçirilir. Tədbir noyabrın 9-da başa çatacaq.

Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı hərbi əməkdaşlıq planına uyğun olaraq isə İzmir şəhərində "Partlayıcı maddələrin, minaların texnikası və tələ minalar" kursu keçirilir.

Xəbər lenti

Xəbər lenti