...

ABŞ-ın Dövlət Departamenti Azərbaycan vətəndaşlarının zorakılıqdan uzaq olmağa çağırıb

Siyasət Materials 8 Noyabr 2005 11:17 (UTC +04:00)

Trend in RİA "Novosti" agentliyinə istinadən xəbər verliyi kimi, ABŞ-ın Dövlət Departamenti Azərbaycan vətəndaşlarını 6 noyabr parlament seçkilərində yol verlimiş pozuntularla bağlı məsələlərin araşdırılması zamanı zorakılıqdan uzaq olmağa çağırıb.

"Biz bütün Azərbaycan vətəndaşlarını seçkilər zamanı yol verilimiş pozuntularla bağlı şikayətlərə hüquqi əsaslarla baxmağa və zorakılığa əl atmamağa çağırırıq", - deyə Departamentin Vaşinqtonda yayılmış bəyanatında bildirilir.

"Biz Azərbaycan hökumətini azad toplaşmaq hüququnu təmin etməyə və etirazlara qarşı səbrlə hərəkət etməyə çağırırıq".

Dövlət Departamenti qeyd edib ki, keçirilmiş seçkilər əvvəlkilərdən fərqlənsə də, bir sıra çatışmazlıqlar qeydə alınıb və Azərbaycan hökuməti bu qüsurları aradan qaldırmalıdır.

"Bəzi irəliləyişlərə baxmayaraq, biz seçkilərin bir sıra beynəlxalq standartlara cavab verməməsi ilə bağlı ATƏT-in müşahidə missiyasının ilkin qiymətnləndirməsi ilə razıyıq", - deyə bəyanatda vurğulanır.

Azərbaycan prezidentinin yol verilmiş pozuntuların aradan qaldırılacağı ilə bağlı bəyanatını xatırladan departament bunun nəticələrə təsir edən pozuntuların qeydə alındığı dairələrdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti