...

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə qazanıb

Siyasət Materials 8 Noyabr 2005 16:22 (UTC +04:00)
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə qazanıb

"HakimYeni Azərbaycan Partiyası (YAP) 2005-ci il parlament seçkilərində qalib gəlib". Trend xəbər verir ki, bu barədə YAP-ın icra katibi Əli Əhmədov noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.

Ə.Əhmədov qeyd edib ki, yeni formalaşacaq Azərbaycan Milli Məclisində hakim partiya 63 millət vəkili ilə təmsil olunacaq: "Bu həm bizim uğurumuzdur, həm də dövlət başçımızın siyasətinin xalq tərəfindən dəstəkləndiyini bir daha sübut edib".

YAP səlahiyyətlisi onu da bildirib ki, seçkilərin nəticələri ilə "exit-poll"u keçirən təşkilatların nəticələri arasında cüzi fərq olub. Bu da onu göstərir ki, seçkilər tam demokratik və şəffaf keçirilib.

Xəbər lenti

Xəbər lenti