...

"Azadlıq" bloku iqtidarın dialoq çağırışına etiraz edib

Siyasət Materials 8 Noyabr 2005 17:21 (UTC +04:00)

"Azadlıq" seçki bloku iqtidarla heç bir dialoqa getməyəcək". Bu barədə Trend ə adıçəkilən seçki blokunun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu qeyd edib ki, dialoq seçkidən öncə seçkilərin demokratikliyinin necə təmin ediləcəyi ilə bağlı siyasi qüvvələr arasında keçirilməliydi: "Seçkilər saxtalaşdırıldıqdan sonra iqtidarın müxalifəti dialoqa çağırması məntiqsizdir. Biz Yeni Azərbaycan Partiyasının təşkil etdiyi dialoqdan imtina edirik".

Qeyd edək ki, iqtidarın müxalifətlə dialoqa hazır olduğunu noyabrın 8-də YAP-ın icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında bəyan edib.

Xəbər lenti

Xəbər lenti