...

Novruz Məmmədov: Ukrayna prezidenti Azərbaycana rəsmi səfər etməyi planlaşdırır

Siyasət Materials 8 Noyabr 2005 18:42 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, prezident Yuşşenkonun Bakıya səfər etmək planı var və "bu planın həyata keçirilməsi məsələsi artıq müzakirə edilir". Bundan sonra iki ölkənin ekspertləri ikitərəfli sənədlərin layihələri üzərində iş aparmaq niyyətindədirlər. N.Məmmədov əlavə edib ki, Ukrayna prezidentinin Bakıya səfəri gedişində imzalanacaq bir neçə sənəd hazırlanmalıdır.

Səfərin tarixinə gəldikdə, N.Məmmədov onun hələlik müəyyən edilmədiyini, lakin cari ilin sonuna kimi həyata keçiriləcəyinin gözlənildiyini bildirib.

Diplomatik mənbələrin məlumatına görə, V.Yuşşenkonun Bakıya səfəri noyabrın sonlarında gözlənilir. Səfərin dövlət statuslu olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti