Azərbaycan hökuməti Bayva-Enerji şirkətinin (ölkənin qərb və cənub regionlarının enerjipaylayıcı şəbəkəsinin operatoru) enerjipaylayıcı şəbəkələrin idarəsinə dair müqavilənin ləğv edilməsi ilə bağlı müraciətini nəzərdən keçirir. Noyabrın 8-də Trend ə bu barədə AR baş nazirinin birinci müavini Yaqub Əyyubov bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda bu məsələ üzrə qərar qəbul ediləcək.
Y.Əyyubov istisna etməyib ki, əgər hökumət Bayva-Enerji ilə müqavilənin ləğvinə dair qərar qəbul etsə, onda uzun müddətli idarəetmənin bu şirkətə verilməsinədək məşğul olan Azərenerji SC elektrik şəbəkələrinin idarəetməsi ilə məşğul ola bilər. Həmçinin Y.Əyyubov təkrar tenderin keçirilməsi imkanı olmasını da bildirib. Y.Əyyubov hesab edir ki, Bayva-Enerji-nin gətirdiyi faktlar həqiqətə uyğundur və bunları qəbul etmək olar. "Əgər şirkət öz vəzifələrini yerinə yetirə bilməyirsə, biz onları məcbur edə bilmərik" -deyə o qeyd edib.
Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkələrinin operatoru Barmek Azerbaycan şirkətinin fəaliyyətinə toxunan Y.Əyyubov qeyd edib ki, "Barmek Azerbaycan pis işləmir, amma çatışmamazlıqlar da vardır. Mən hesab edirəm ki, şirkət müəyyən səviyyədə öz vəzifələrini yerinə yetirmir".
Sentyabrda Bayva-Enerji Nazirlər Kabinetinə ölkənin 46 rayonu şəbəkələrinin idarə edilməsi üzrə hökumət ilə imzalanmış müqavilənin ləğv edilməsi ilə bağlı müraciət ünvanlamışdı. Müraciətin səbəbi enerji şəbəkələrinin ilarə edilməsində olan çətinliklər idi.