...

Parlament seçkiləri günü prokurorluq orqanlarına pozuntularla bağlı 39 müraciət göndərilib

Siyasət Materials 8 Noyabr 2005 20:47 (UTC +04:00)

Azərbaycan Respublikasının dövlət orqanları Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşlirilməsinə dair" 11 may 2005-ci il tarixli ıə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr 2005-ci il tarixli sərəncamlarına uyğun olaran zəruri tədbirlər həyata keçirməklə, noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin azad, demokratik, ədalətli və şəffaf qaydalar əsasında, normal şəkildə keçirilməsini, Azərbaycan xalqının iradəsinin düzgün ifadə edilməsini təmin ediblər. Azərbaycan xalqının iradəsini düzgün əks etdirməsini təmin ediblər. Vətəndaşlara seçki hüquqlarını reallaşdıraraq, istədikləri namizədə səs verməklə, iradələrini ifadə etmək üçün real imkanlar yaranıb. Trend in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Seçki günü Baş Prokurorluğun işçi qruplarına dairə seçki komissiyalarından qanunla müəyyən edilmiş qaydada göndərilmiş, cinayət tərkibi olmaları ehtimal edilən 5 məlumat daxil olmuş və araşdırılıb. Onların 3-ü seçki komissiyalarının fəaliyyətinə müdaxilə etmə, 1-i seçiciləri ələ alma, 1-i seçiciləri iradələrinə zidd olaraq səs verməyə məcbur etmə ilə əlaqədardır.

Bu məlumatların araşdırılması 1 halda cinayət işi başlanması, 4 halda isə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarların çıxarılması ilə nəticələnib. Belə ki, 99 saylı Şəmkir kənd dairə seçki komissiyasının qərarı ilə prokurorluğa göndərilmiş müraciətin araşdırılması ilə müəyyən edilib ki, Azərbaycan Respublikası Milli Məclisə deputatlığa namizədliyi qeydə alınan Cəfərov Vahid Fazil oğlu 6 nofabr 2005-ci il tarixdə saat 10.50 radələrində həmin dairənin 35 saylı məntəqə seçki komissiyasında səsvermə zamanı səsvermə otağına daxil olaraq, səs-küy salmış, stolun üstündə olan seçki bülletenlərin və zərflərin hər birindən 5 ədədəini özbaşına götürərək qaçmış və bu seçkilərdə deputatlığa namizədliyi qeydə alınan Tacəddin Mehdiyev, Şahin Nəcəfov və Məzahir Məmmədova verməklə seçki komissiyasının işinə müdaxilə edib. Əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 160.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin (seçki komissiyasının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünü
n vəzifəsini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə) əlamətləri olduğundan cinayət işi başlanıb.

Ümumiyyətlə, seçki günü ərzində yuxarıda qeyd edilən müraciətlər də daxil olmaqla, prokurorluğa cəmi 39 müraciət olub. Cinayət tərkibi olması ehtimal olunmayan müraciətlərin bir qismi üzrə baş verə biləcək hüquq pozuntularının profilaktiki tədbirlər görülməklə qarşısı alınıb. Müraciətlərin 2-si dairə seçki komissiyasının səlahiyyələri çərçivəsində həll edilməli olduğundan müvafiq komissiyalara göndərilib.

Seçkmi hüquqlarının pozulması ilə bilavasitə bağlı olmayan, lakin seçki prosesi zamanı baş vermiş 7 hadisə barədə müraciətlər üzrə seçki prosesinə müdaxidə edilmədən aparılan araşdırmalar nəticəsində cinayət işi başlanması barədə bir qərar qəbul edilib. Belə ki, seçkilərdə müstəqil müşahidəçi qismində iştirak edən Vaqif Fərman oğlu Əmirov seçki günü saat 14 radələrində 84 saylı Füzuli seçki dairəsinin Bakı şəhərinin Sabunçu rayonunun ərazisində yerləşən 67 saylı məntəqəsində cəmiyyətə açıq hörmətsizlik göstərməklə ictimai qaydanı pozmuş digər müşahidəçi Adil Ələsgərovun sifətinə başı, sonra isə əli ilə zərbələr vurub, ona sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri yetirmiş, seçki məntəqəsinin fəaliyyətini bir müddətə pozmuşdur. Bu faktlarla bağtlı Sabunçu rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1 (xuliqanlıq) və 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin seçki zamanı bir sıra seçki dairlərində yol verilmiş hüquq pozuntularının ciddi araşdırılması barədə göstərişlərirnin icrası istiqamətğində də Baş Prokurorluq tərəfindən təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilir. Belə ki, vətəndaşların seçki hüquqlarının və Seçki Məcəlləsinin tələblərinin kobud şəkilodə pozulması ilə əlaqədar MSK tərəfindən 9 saylı Binəqədi və 42 saylı Sumqayıt ikinci seçki dairələri üzrə seçkilərin nəticələr ləğv edilib və Baş Prokurorluğa göndərilən həmin materiallar əsasında Azərbaycan Respublikasının CM-nin müvafiq maddələri ilə cinayəi işləri başlamaqla bu faktlarda bağlı Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti