...

Vladimir Putin parlament seçkilərinin uğurla başa çatması münasibətilə İlham Əliyevi təbrik edib

Siyasət Materials 9 Noyabr 2005 11:14 (UTC +04:00)

Rusiya Federasiyasının prezidenti Vladimir Putin çərşənbə axşamı telefonla parlament seçkilərinin uğurla başa çatması münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edərək seçkilərin nəticələrinin ölkədə demokratiyanın və dost Azərbaycan xalqının rifahı naminə sabitliyin möhkəmlənməsinə şərait yaradacağına əmin olduğunu vurğulayıb. Trend in xəbər verdiyi kimi, İlham Əliyev təbrikə görə V.Putinə təşəkkür edib. Prezidentlər Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək niyyətini bildiriblər. Azərbaycan prezidenti seçkilərdə iştirak etmiş müşahidəçilərin, o cümlədən Rusiya və MDB müşahidəçilərinin fəaliyyətini yüksək qiymətləndirib.

Dövlət başçıları müxtəlif sahələrdə ikitərəfli əlaqələrin sürətli inkişafından məmnun olduqlarını bildiriblər. Telefon söhbəti zamanı hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı qarşılıqlı maraq ifadə edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti