...

Azərbaycanda parlament seçkilərində yol verilmiş pozuntuların miqyası səsvermənin nəticələrinin qanuniliyini şübhə altına almağa imkan vermir

Siyasət Materials 9 Noyabr 2005 11:45 (UTC +04:00)

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanda 6 noyabr parlament seçkilərinin nəticələrinə Beynəlxalq Müşahidə missiyasının verdiyi qiymətlə razılaşmayıb. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, missiyanın tərkibinə ATƏT PA, AŞ PA, Avropa parlamenti və NATO PA-nın nümayəndələri daxil idi. Onlar hesab edirlər ki, Azərbaycanda keçirilmiş parlament seçkiləri bu ölkənin ATƏT və AŞ çərçivəsində götürdüyü bir sıra öhdəliklərə uyğun olmayıb.

"Biz belə qiymətləndirmə ilə paylaşa bilmərik", - deyə RF XİN-inin məlumatında bildirilir. Nazirlik hesab edir ki, seçkinin nəticələri ilə bağlı müsbət fikir söyləməyə ümidverici əsas var, belə ki, Rusiya bu seçkilərə olduqca ciddi yanaşıb.

Məlumatda o da qeyd olunur ki, Azərbaycanda seçkilər bu ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq keçirilib. Əlbəttə, Rusiya müşahidəçiləri tərəfindən pozuntular qeydə alınıb, bu təbiidir, çünki heç bir seçki onlarsız mümkün deyil. "Lakin onların miqyası nəticələrin qanuniliyini və seçkilərin qəbul olunmuş standartlara uyğunluğunu şübhə altına alaraq seçkilərin yekunlarına təsir edə bilməz, - deyə məlumatda bildirilir.

RF XİN-i "Beynəlxalq missiya"nın məruzəsi və rəylərinin nəinki seçki prosesinin tam başa çatmasınadək, hətta seçkilərin nəticələrinin rəsmən elan olunmasına qədər açıqlandığı faktına diqqət yetirir.

Xəbər lenti

Xəbər lenti