...

ABŞ Azərbaycanda seçkilər zamanı yol verilmiş pozuntuların aradan qaldırılmasını təqdir edir

Siyasət Materials 9 Noyabr 2005 12:05 (UTC +04:00)

Corc Buş administrasiyası 6 noyabr parlament seçkiləri zamanı yol verilmiş pozuntuların aradan qaldırılması üzrə Azərbaycan hökuməti tərəfindən ölçü götürülməsini təqdir edib. Trend in RİA "Novosti" agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə jurnalistlərə çərşənbə axşamı keçirilmiş brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Adam Erli bəyan edib. "Biz şadıq ki, MSK yol verilmiş fırıldaq hallarını araşdırır", - deyə o bildirib. O, həmçinin, Azərbaycan hökumətinin ən azı iki dairədə təkrar seçkilərin keçirilməsinə dair qərarını da nəzərə çatdırıb.

"Mən hətta onu da qeyd edərdim ki, bizə daxil olan məlumatlara görə, bir sıra saxtakarlıq halları ölkənin baş prokurorluğuna baxılmağa verilib", - deyə nümayəndə qeyd edib.

"Bu o deməkdir ki, Azərbaycan hökuməti seçkilər zamanı pozuntu və saxtakarlıq hallarına qarşı ölçü götürür və bu proses ölkə qanunlarına uyğun olaraq həyata keçiriləcək", - deyə A.Erli əlavə edib.

Xəbər lenti

Xəbər lenti