...

Azərbaycan-Misir komissiyasının növbəti iclasının tarixi razılaşdırılıb

Siyasət Materials 9 Noyabr 2005 12:49 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan -Misir hökumətlərarası komissiyasının növbəti II iclası dekabrın 25-26-nə təyin edilib. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

İclasın gündəliyi iyun ayında Qahirədə iki ölkə hökumətlərinin ekspertlərinin görüşü zamanı razılaşdırılıb. Ekspertlər komissiya tərəfindən nəzərdən keçiriləcək 20-ə yaxın məsələni işləyib hazırlamış və razılaşdırmışlar. Həmçinin. Azərbaycanla Misir arasında ticarət -iqtisadi əməkdaşlığın inkişafı üzrə 5-dən artıq ikitərəfli sənədin layihəsi də hazırlanıb. Sənədlər kənd təsərrüfatı, ticarət, sənaye, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafını əhatə edir. Layihələrin böyük hissəsi artıq təsdiqlənib, lakin ayrı-ayrı bəndlərdə dəyişikliklər ediləcək.

Səfirlikdən verilən məlumata görə, komissiya həmçinin, Azərbaycanla Misir arasında mal dövriyyəsinin artırılması imkanlarını nəzərdən keçirəcək. Xatırladaq ki, komissiyanın I iclası 2002-ci ilin oktyabrında Bakıda keçirilib. Komissiyanın həmsədrləri Misir tərəfdən xarici əlaqələr naziri Faizə Əbül Naqadır. Azərbaycan tərəfdən komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayevin başçılıq edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti