...

"Sərhədsiz reportyorlar" Azərbaycanda seçkilərin gedişində jurnalistlərə münasibətdən narahatdır

Siyasət Materials 9 Noyabr 2005 13:22 (UTC +04:00)

"Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycanda 6 noyabr parlament seçkiləri günü jurnalistlərə münasibətdə zorakılıq faktları ilə bağlı narahatlığının ifadə edib. Trend in məlumatına görə, bu barədə təşkilatın katibliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda, həmçinin, bildirilir ki, səsvermə günü Azərbaycanın KİV-nin bir nümayəndəsi saxlanılıb, digər 7 nəfəri seçki məntəqəsindən qovulub. "Bu insidentlər jurnalistlərin işinə mane olur və həddən artıq narahatlıq doğurur",- deyə təşkilatın bəyanatında bildirilir.

Qeyd olunur ki, müxalifətyönlü "Yeni Müsavat" qəzetinin əməkdaşı Məhəbbət Orucov səsvermə günü 17-ci Sabunçu seçki dairəsində saxlanılıb və yalnız bir neçə saatdan sonra buraxılıb. Qəzetin digər iki əməkdaşı Azər Ayxan və Rey Kərimoğlu, eləcə də həftəlik "Paytaxt" qəzetinin əməkdaşı Anar Orucov seçki məntəqələrindən qovulublar.

Sənəddə bildirilir ki, eləcə də "Bakı Xəbər" qəzetinin 3 jurnalistinə (Nəbi Alışov, Həbib Abdulla və Ruslan Bəşirli) və Əli-Bayramlı regional qəzetinin "Qırxçıraq" (Şakir İzzətoğlu)reportyoruna qarşı zor tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti