...

NATO özünün sülh məramlı qüvvələrinin Cənubi Qafqazda yerləşdirilməsini mümkün hesab edir

Siyasət Materials 9 Noyabr 2005 14:19 (UTC +04:00)

"NATO lazım gələrsə özünün sülhməramlı qüvvələrini Cənubi Qafqazda yerləşdirməyə hazırdır və bu mənada alyansın ATƏT-lə əməkdaşlığı olduqca vacibdir". Trend in "Mediamaks"a istinadən xəbər verdiyi kimi, bu barədə Yerevanda NATO-nun Cənubi Qafqazda rabitə zabiti Romualds Rajuks /Romualds Razuks/ Ermənistanın Atlantik Assosiasiyası tərəfindən təşkil olunmuş "Qara dəniz regionunda problemlər və imkanlar və regional sabitliyin qurulmasında gənclərin rolu" mövzusunda seminarda çıxışı zamanı bəyan edib.

Zabit onu da qeyd edib ki, sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyünə dair son qərarı münaqişə tərəfləri qəbul etməlidir.

Xəbər lenti

Xəbər lenti