...

Ariel Koen: Birləşmiş Ştatların Azərbaycanda 3 əsas marağı var

Siyasət Materials 9 Noyabr 2005 14:28 (UTC +04:00)
Ariel Koen: Birləşmiş Ştatların Azərbaycanda 3 əsas marağı var

Tanınmış Amerika politoloqu, The Heritage Foundation təşkilatının Rusiya, Avrasiya və beynəlxalq energetika təhlükəsizliyi üzrə baş tədqiqatçısının Trend ə ekskluziv müsahibəsi

- Bir müşahidəçi kimi Siz Azərbaycanda keçirilən seçkiləri necə qiymətləndirirsiniz?

- ATƏT-in mətbuat konfransında eşitdiyimiz kimi, seçkilərin qiymətləndirilməsində fikir ayrılığı yaranıb. Bir tərəfdən, ATƏT özü seçkilərə sərt mənfi qiymət verir və təşkilatın nümayəndələri seçkilərin standartlara olmadığını bəyan edirlər. Digər tərəfdən isə, Avrolpa Parlamentinin nümayəndə heyəti seçkilərdə bir çox müsbət məqamların yer aldığını və bunun irəliyiş olduğunu və Avropa Parlamentinin Azərbaycanla işləməyi davam etdirmək istədiyini bəyan edir.

Real olaraq mən nə görürəm? Mənim bir neçə məntəqədə apardığım şəxsi müşahidələrimə görə, bu, kifayət qədər açıq və şəffaf prosedura idi. Problem səslərin hesablanmasında yarandı. Və mən inanıram ki, bu müşahidəçilər doğru deyirlər və həqiqətən ciddi problemlər olub. Lakin sual yaranır: yaranan problemlər həll olunacaqmı? Əgər həmin problemlər MSK-da , ola bilsin hakimlərin, hüquq və Azərbaycanın Konstitusiyası çərçivəsində uğurla həll olunarsa, onda bu, seçkilərin irəliyə doğru addım olması deməkdir.

- ABŞ-ın Azərbaycanla bağlı siyasətində hansı maraqlar mövcuddur?

- Birləşmiş Ştatların Azərbaycanda üç əsas marağı var. Bu, geosiyasi maraq, neft-qaz sektorunun inkişafı və demokratikləşmədir. Və bu maraqların hər birində münasibətlərin genişləndirilməsi və inkişafı üçün çox böyük potensial var. Mən ümid edirəm ki, biz bu seçkilərin qarşıya qoyduğu məsələləri kifayət qədər sürətlə və uğurla həll edəcəyik və əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik.

- İki ölkənin əməkdaşlığı real potensiala nə dərəcə uyğundur?

- Əməkdaşlığı genişləndirmək üçün meydan var. Bir daha qeyd edirəm, bunun üçün Azərbaycanda islahatlar yaxşı yerinə yetirilməlidir. Bunun üçün hakimiyyətin və prezidentin təkcə seçki günü deyil, bütün seçki prosesinin gedişində - seçkilərdən əvvəl, səslərin hesablanması zamanı demokratik legitimliyi olmalıdır və bu zaman seçkilərin nəticələri ədalətli qəbul edilə bilər. Beləliklə, mən ümid edirəm ki, potensial yalnız o zaman təkmilləşə və inkişaf edə bilər ki, Azərbaycan cəmiyyətində və xaricdə Azərbaycanda demokratik sistemin yaxşı işləməsi barədə anlayış olsun. Və seçkilər bir daha yaxşılaşmanın mümkün olduğunu göstərdi.

Siz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının necə görürsünüz?

- Bu gün Vaşinqtonda 2006-cı ildə münaqişənin nizamlanmasın işində ciddi addımların atılacağı ilə bağlı nikbinlik mövcuddur. Mən ümid edirəm ki, bu nikbinlik özünü doğruldacaq. Anlayıram ki, bu münaqişə nizamlanmaması ilə bağlı Ermənistanda iqtisadi vəziyyət kifayət qədər ciddi olaraq qalır. Lakin təəssüf ki, şəxsən mən özüm nikbin deyiləm. Ərazi üstündə belə uzun sürən maünaqişələr və Ermənistanın hərbi yolla bu ərazisini saxlaya bilmək iqtidarında olması, bir qayda olaraq, asan və tez həll olunmur. Üstəgəl erməni tərəfinin həm Qarabağı, həm də dəhlizi əlində saxlaya biləcəyinə son dərəcə əminliyi və Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməyə gətirib çıxaracaq nizamlanmaya getmək istəməməsi.

- ABŞ tərəfinin ikili standartlar siyasətinin səbəbi Azərbaycanın müsəlman ölkəsi olması faktı deyil ki? Təkcə 907-ci düzəlişin mövcudluğunu, Dağlıq Qarabağın separatçı rejiminə birbaşa vəsaitin ayrılmasını, Azərbaycanın "Minilliyin çağırışı" proqramına daxil edilməməsini xatırlamaq kifayətdir.

- Azərbaycan bir müsəlman ölkəsi kimi demokratiyanın inkişafı baxımından Birləşmiş Ştatlarla tərəfdaşlığın modeli olmalıdır. Belə ki, Birləşmiş Ştatlar üçün, necə deyərlər, nümayiş layüihələr kimi uğurlu halların olması çox mühümdür. Buna görə də a) Birləşmiş Ştatlarla yaxşı münasibətlərin olması, b) Azərbaycan həm iqtisadi, həm də demokratik cəhətdən elə inkişaf etməlidir ki, o, həm İran, həm İraqın cənubundakı şiələr və bütün müsəlman dünyası üçün model ola bilməsi çox vacibdir.

Konqresdəki real siyasi proseslər göstərir ki, Birləşmiş Ştatlardakı lobbist qruplar, həmçinin, erməni lobbisi Konqress vasitəsilə müəyyən yardım proqramlarını həyata keçirə bilirlər. Odur ki, burada məsələ ikili standartlarda deyil, Konqresin daxili siyasətinin detallarındadır. Bu pulları Konqress ayırır.

Xəbər lenti

Xəbər lenti