...

Azərbaycan daxili münaqişə qüvvələri meyarı üzrə "müşahidə zonalı" ölkələr qrupuna daxil olub

Siyasət Materials 9 Noyabr 2005 14:41 (UTC +04:00)

Dünya Fondu bu və ya digər ölkənin dövlət sistemi üçün dağıdıcı olan daxili münaqişə qüvvələrinin müəyyən edilməsi üzrə araşdırmalar aparıb və 12 indikator dərc etdirib. Trend bildirir ki, indikatorlar arasında sosial təbəqələşmə və gəlirlərin qeyri-bərabər bölünməsi kimi sosial və iqtisadi göstəricilər, iqtisadi böhran, ictimai xidmətlərin şiddətlə pisləşməsi, insan haqlarının kobudluqla pozulması, digər ölkələrin xarici siyasətə müdaxiləsi və digər məsələlər vardır.

Reytinqin şkalası aşağıdakı qaydadadır: 90 bal və daha yüksək - çox ağır vəziyyət; 60 - 89,9 - ağır vəziyyətə yaxın; 30 - 59,9 - müşahidə zonası (monitorinq zonası); 29,9-dan az - inkişafın qəbul edilmiş səviyyəsi. Azərbaycanın reytinqi - 50 bal, yəni ölkə monitorinq zonasına düşür. Özbəkistanın ümumi reytinqi 24 bal təşkil edir, Ukrayna - 39, Belarus - 44, Tacikistan - 49, Rusiya - 59, Qırğızıstan - 65, Qazaxıstan - 68, Türkmənistan - 70 bal təşkil edir.

ARAYIŞ: Dünya Fondu 1957-ci ildə münaqişə vəziyyətlərinin diaqnozlaşdırılması proqramları çərçivəsində müharibələrin qarşısının alınması və inkişaf etməkdə olan ölkələr üçün iqtisadi və sosial yüksəlişin tənzimlənməsinə yönəldilmiş strategiyaların işlənib-hazırlanması məqsədilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti