...

Azərbaycan Rusiyadan təbii qazın idxalından imtina edə bilər

Siyasət Materials 9 Noyabr 2005 16:31 (UTC +04:00)
Azərbaycan Rusiyadan təbii qazın idxalından imtina edə bilər

Azərbaycan "Qazeksport" MMM-dən ("Qazprom" ASC-nin törəmə strukturu) qaz alınmasından iimtina edə bilər. Trend in məlumatına görə, bu barədə noyabrın 9-da Azərbaycan Dövlət Neft Şitrkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev bəyan edib.

"Rusiya MDB-nin digər ölkələrinə qazı1 min kubmetri 140-160 dollara satır. Əgər bizə belə qiymət təklif edilərsə, biz qaz almaqdan imtina edəcəyik. Bizim bu qiymətə qaz almaq imkanımız yoxdur ", - deyə o bildirib.

N.Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə 2006-cı ildə qaz tədarükü ilə bağlı müqaviləsi var. "İndiyə kimi bizə idxal olunan qazın qiymətinin artırılması ilə bağlı müraciət olunmayıb. Hamıya məlumdur ki, bu gün Azərbaycanın qaza böyük tələbatı var. Biz hər bir imkandan istifadə edirik. Hazırda hasil olunan Azərbaycan qazı ölkənin tələbatını ödəmir və bu da Rusiyadan yanacağın idxalına gətirib çıxarır. Azərbaycana qaz idxal etmək sərfəlidir. Belə ki, biz bunun hesabına edektrik stansiyalarını yanacaqla təmin edirik, mazuta qənaət edirik və neft emalı zavodlarının səmərəli işiei təmin edirik ", - deyə o sonda bildirib.

"Qazaeksport" MMM 2005-ci ilin yanvar -oktyabr aylarında Azərbaycana 3,78 milrd kubmetr qaz idxal edib ki, bu rəqəm ötən ilin 10 ayı ərzində 3,93 milrd kubmetr olub. Cari ildə ARDNŞ "Qazeksport"dan 1 min kubmetri 60 dollara 4,5 milrd kubmetr qaz alıb. Təbii qaz ölkəyə Şirvanovka-Qazı Məmməd boru kəməri vasitəsilə verilir.

Xəbər lenti

Xəbər lenti