...

Mitinq-yürüşdə asayiş pozulmayıb

Siyasət Materials 9 Noyabr 2005 20:05 (UTC +04:00)

"Azadlıq" seçki blokunun noyabrın 9-da "Qələbə" meydanı qarşısında keçirdiyi mitinq-yürüş zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması hallarına yol verilməyib. Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilib.

O da qeyd olunub ki, noyabrın 9-da "Qələbə" meydanında keçirilən mitinq-yürüşə "Azadlıq" blokundan başqa müxalifəti təmsil edən "Yeni Siyasət" seçki bloku, Milli Birlik Hərəkatı, habelə Liberal, Xalq, Milli İstiqlal, Vəhdət partiyaları və digər siyasi qurumlar ümumilikdə meydana 5 min insan çıxarıb.

Xəbər lenti

Xəbər lenti