...

Prezident üç sərəncam imzalayıb

Siyasət Materials 9 Noyabr 2005 20:40 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 9-da Azərbaycan Respublikası prezidentinin 2005-ci il 11 may tarixli 806 nömrəli və "Azərbaycan Respublikasnın Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 2005-ci il 25 oktyabr tarixli 1062 nömrəli sərəncamlarının müddəalarını yerinə yetirməməsinə və noyabrın 6-da keçirilən seçkilər zamanı səslərin hesablanması prosesinə müdaxilə etdiyinə görə Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin başçısı Natiq Tağı oğlu Mehdiyevin və Sabirabad rayonu icra hakimiyyətinin başçısı Əşrəf İsrafil oğlu Məmmədovun vəzifələrindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, prezident 2006-cı ilin fevral ayında Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsinin 80 illik yubileyi ilə bağlı üçüncü sərəncamı imzalayıb. Sərəncama əsasən, bu tədbirə hazırlıqla bağlı Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti