...

E. Məmmədyarov: həmməruzəçilərin mövqeyi narahıtçılıq doğurur

Siyasət Materials 9 Noyabr 2005 21:03 (UTC +04:00)

Məni AŞPA-nın həmməruzəçiləri Andreas Qross və Andres Herkelin Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair bəyanatları təəccübləndirir. Mən 20 aydan artıqdır ki, AR xarici siyasət idarəsinin rəhbəri postundayam. Amma Azərbaycanda demokratik institutların inkişafının rəsmi Bakının Avropa Şurasına daxil olduqda götürdüyü əsas öhdəliklərdən biri olmasına baxmayaraq indiyədək nə A. Qross, nə də A. Herkel mənə görüşmək xahişi ilə müraciət etməyib. Trend bildirir ki, AR xarici işlər naziri Elmar Məmmədyarov AŞPA həmməruzəçilərinin 6 noyabr parlament seçkilərinin nəticələrinə dair son mənfi böəyanatlarını belə şərh edib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi demokratik seçkilərin hazırlanması və keçirilməsində maraqlı idi, səsvermə günü qeydə alınmış mənfi məqamlar isə Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq aradan qaldırılacaq. "Həmməruzəçilərin mövqeyi mənə aydın deyil.Halbuki onlar ilk növbədə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı məsələlərin müzakirəsində maraqlı olmalı idi"-deyə E.Məmmədyarov qeyd edib və bildirib ki, onun indiyədək AŞPA-nın həmməruzəçiləri ilə heç bir şəxsi görüşü olmayıb.

Xəbər lenti

Xəbər lenti