...

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanda 6 noyabr parlament seçkilərinin yekunlarına dair bəyanat verib

Siyasət Materials 10 Noyabr 2005 10:35 (UTC +04:00)

Azərbaycanda 6 noyabr parlament seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması faktlarının araşdırılması "faydalı" olacaq. Trend in xəbər verdiyi kimi, bu barədə parlament seçkilərinin yekunlarına dair Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

"Milli Məclisə şəffaf seçkilərin keçirilməsi istiqamətində atılmış addımları nəzərə alsaq, seçkilərin beynəlxalq standartlara yaxınlaşdığını hesab etmək olar. Türkiyə şikayətlərə baxılma prosesində qanun pozuntuları ilə bağlı bütün məsələlərin araşdırılaraq həllinin tərəfdarıdır", - deyə bəyanatda qeyd olunur.

Sənəddə, həmçinin, o da bildirilir ki, bəzi seçki dairələrində qeydə alınmış qanunvericiliyin pozulması faktları şikayətlərə baxılarkən həll olunmalıdır.

"Türkiyə qardaş ölkə kimi ümid edir ki, parlament seçkiləri ölkədə demokratiyanın və sabitliyin möhkəmlənməsinə şərait yaradacaq. Biz inanırıq ki, respublikanın bütün siyasi partiyaları tam məsuliyyət hissi ilə səylərini müasir və çiçəklənən Azərbaycanın daha da inkişafına və möhkəmlənməsinə yönəldəcək", - deyə məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti