...

YAP-ın seçkilərdə qələbəsi regionlarda da qeyd ediləcək

Siyasət Materials 10 Noyabr 2005 11:36 (UTC +04:00)

"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində qələbə çalması regionlarda da qeyd olunacaq". Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayev qeyd edib ki, noyabrın 10-da saat 15.00-da "Qələbə" meydanında keçirəcəyi mitinq-konsertə regionlardan gələn olmayacaq: "Müxalifətdən fərqli olaraq YAP keçirdiyi mitinqlərinə heç vaxt regionlardan insan toplamayıb. Partiyanın Bakıda olan üzvləri bəs edər ki, meydanı doldursun. Bu qələbə mitinqi olduğu üçün böyük bir çağırışa ehtiyac görülməyib", - deyə o vurğulayıb.

YAP sözçüsü onu da bildirib ki, noyabrın 10-da keçiriləcək mitinqin çox hissəsini konsert proqramı təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti