...

Elmar Məmmədyarov: "Azərbaycanda daxili siyasi vəziyyət dövlətlərarası danışıqların aparılması prosesini yüngülləşdirir"

Siyasət Materials 10 Noyabr 2005 12:00 (UTC +04:00)

"Azərbaycanda daxili siyasi vəziyyət dövlətlərarası, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aparılması prosesini yüngülləşdirir". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sloveniyanın XİN başçısı, ATƏT-in fəaliyyətdə olan sədri Dmitri Rupelin seçkilərdən sonrakı dövrdə Azərbaycanda sabitliyin qorunmasının vacibliyinə dair bəyanatını belə şərh edib.

"Mən D.Rupellə tamamilə razıyam və hesab edirəm ki, ölkə nə qədər güclü olsa, dövlətlərarası dialoq aparmaq bir o qədər asandır. Bu gün ölkədə sabitliyin qorunması birinci dərəcəli əhəmiyyət kəsb edir", - deyə E.Məmmədyarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti