...

Azərbaycanın xarici işlər naziri Brüsselə və Stasburqa səfər edəcək

Siyasət Materials 10 Noyabr 2005 12:55 (UTC +04:00)

Noyabrın ortalarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə və Stasburqa səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində nazir məlumat verib.

O bildirib ki, Brüsselə səfərindən sonra Avropa Şurası Nazirlər Kabinetinin Strasburqda keçiriləcək iclasında iştirak etməyi planlaşdırır.

"Bu yaxınlarda Üçlüyün nümayəndə heyətinin Bakıya səfəri zamanı mənim ünvanıma Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdnerlə görüşün keçiriləcəyi Avropa Komissiyasının iclasında iştirak etmək təklifi daxil olub. Həmçinin, Valdnerin Strasburqa səfəri və buna görə də Brüsselə səfərin öz vacibliyini itirəcəyi də istisna olunmayıb", - deyə E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Avropa parlamentinin nümayəndələri Strasburqa səfərlə bağlı təşəbbüslə çıxış ediblər. "Mən Avropa Parlamentinin xarici siyasət Komissiyasında çıxış etməyə razılıq vermişəm. Səfərə hazırlıqla Azərbaycanın AB-dəki səfiri Arif Məmmədov məşğul olur", - deyə nazir əlavə edib.

"Yaxın həftələr ərzində səfərin detalları məlum olacaq", - deyə diplomat sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti