...

Ədliyyə sisteminin 87-ci ildönümü qeyd olunacaq

Siyasət Materials 10 Noyabr 2005 13:51 (UTC +04:00)

Noyabrın 22-də Azərbaycanın ədliyyə sisteminin 87-ci ildönümü qeyd olunacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Aydın Ağazadə məlumat verib.

Bu münasibətlə ədliyyə orqanları daxilində bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, yüksək göstəricilərlə fəaliyyət göstərmiş ədliyyə işçilərinin ölkə başçısı tərəfindən mükafatlandırılması da gözlənilir.

Azərbaycanda ədliyyə sisteminin əsası 1918-ci ildə qoyulub. 2000-ci ildən isə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti