...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda 6 noyabr parlament seçkilərinə dair yekun məruzəsi dekabrın ortalarına kimi hazır olacaq

Siyasət Materials 10 Noyabr 2005 14:05 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Azərbaycanda 6 noyabr parlament seçkilərinə dair yekun məruzəsi yaxın 4-6 həftə ərzində açıqlanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə görüşündə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Maurisio Pavesi bildirib.

"Sənəd dekabrın ilk ongünlüyündə hazır olacaq. Müşahidə missiyasının noyabrın 7-də açıqlanmış ilkin hesabatı ATƏT-in 6 noyabr seçkiləri ilə bağlı rəsmi mövqeyidir. Biz ölkədəki mövcud vəziyyəti izləyəcəyik, seçkilər günü baş vermiş bütün hadisələr və faktlar, həmçinin, MSK tərəfindən şikayətlərə baxılma prosesi isə yekun məruzəyə daxil ediləcək", - deyə M.Pavesi qeyd edib.

"Daxil olmuş şikayətlər üzrə qərar çıxarmaq Azərbaycan MSK-nın səlahiyyətlərinə daxildir və biz yalnız proseslərə nəzarət edirik. Onu da qeyd edim ki, monitorinq prosesi artıq başa çatıb. ATƏT-in əsas məqsədi ölkədə demokratiyanın inkişafını dəstəkləməkdir və bu istiqamətdə işlər davam etdiriləcək", - deyə səfir sonda əlavə edib.

Xəbər lenti

Xəbər lenti