...

Delimitasiya üzrə Azərbaycan-Cürcüstan iclasının tarixi müəyyən olub

Siyasət Materials 10 Noyabr 2005 15:43 (UTC +04:00)

Delimitasiya üzrə Azərbaycan-Cürcüstan komissiyasının növbəti iclası noyabrın sonları, dekabrın əvvəllərində Bakıda keçiriləcək. Bu barədə Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze Trend in müxbiri ilə söhbətində bildirib.

Səfirin sözlərinə görə, Cənubi Qafqazın iki ölkəsi arasında sərhəddin böyük hissəsi artıq razılaşdırılıb. "Müzakirələr sərhəddin təqribən 30-35 faizinin müəyyən edilməsi məsələsi üzrə aparılır".

Eyni zamanda, gürcü diplomat bildirib ki, razılaşdırılmamış məsələlər arasında Azərbaycan və Gürcüstan sərhəddində yerləşən və gürcü zəvvarları üçün müqəddəs yer olan "Udabdu" (gürcücə - səhra) adlanan hissə də var.

"Gürcüstandan olan zəvvaarlar uzun illər boyu bu yerə səfər ediblər. Biz bu məsələni qaldırmaq istəyirik. Lakin o hələ komissiyanın gündəliyinə daxil edilməyib", -deyə Z. Qumberidze bildirib.

Xəbər lenti

Xəbər lenti