...

Əli Həsənov: Seçkiləri pozan şəxsləri həbs gözləyir

Siyasət Materials 10 Noyabr 2005 15:50 (UTC +04:00)

"2005-ci il parlament seçkilərində saxtakarlığa yol verən insanları həbs gözləyir. Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan partiyasının noyabrın 10-da "Qələbə" meydanında keçirdiyi mitinq-konsertdə jürnalistlçrə prezident aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov bildirib ki, beynəlxalq təşkilatların seçkilərin nəticələri ilə bağlı gəldiyi qənaətləri yüksək dəyərləndirilib. "Mərkəzi seçki komissiyasının son araşdırmaları da göstərir ki, bəzi seçki dairələrində öir sıra nöqsanqlar üzə çıxır. Bunula bağlı müvafiq qərarlar qəbul edilib. Prezidentin seçkinin təkmilləşdirilməsi ilə bağlı verdiyi 11 may və 25 oktyabr tarixli sərəncamlarını pozan şəxslər cəzalarını alıblar. Bundan sonra bu proses davam etdiriləcək".

Prezident aparatının səlahiyyətçisi onu da bildirib ki, seçki qanunsuzluqlarına yol verən bu şəxslər gələcəkdə seçkiləri təsir edə biləcək vəzifələrdə təmsil olunmayacavqlar.

Xəbər lenti

Xəbər lenti